Ölkənin qərbində yerləşən İze şəhərində iğtişaşlar nəticəsində daha bir neçə sakin həlak olub. Onların arasında iki yeniyetmə - 9 yaşlı Kian Pirfələk və 13 yaşlı Səfər Məqsudi də var.
Etirazlar zamanı indiyədək 10 mindən çox aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlardan 5 nəfər barəsində ölüm hökmü qərarı çıxarılıb.
Cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !