İrandakı etirazlarda 300 nəfər ölüb

11:17 | 29.11.2022
İrandakı etirazlarda 300 nəfər ölüb

İrandakı etirazlarda 300 nəfər ölüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib ki, İranda son hadisələr nəticəsində azı 300 nəfər ölüb. Bu barədə Əmir Əli Hacızadəyə istinadən "Mehr” agentliyi məlumat yayıb.


"Son iğtişaşlarda 300-dən çox insan düşmənlə bizim tərəfimizdə dayananları ayırd edə bilmədiyimiz üçün həlak olub”, - SEPAH komandanı deyib.
 
İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən öldürülməsi ilə bağlı sentyabrın ortalarından başlayan etirazlar davam edir.

Etirazlar əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, İranda hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir.

Etirazçılarla təhlükəsizlik qüvvələri – SEPAH və Bəsic üzvləri arasında toqquşmalar kütləvi həbslər, xəsarət almalar və  ölüm halları ilə müşayiət olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb