Azərbaycandan İrana səfər etmiş vətəndaşlarımız geri qayıdarkən sərhəddə ilkin tibbi yoxlanışdan sonra hər hansı xəstəlik əlamətləri müşahidə edilmirsə evlərinə buraxılır.
Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə bu günlərdə Azərbaycana geri qayıtmış yerli vətəndaşlarımızdan biri məlumat verib.
Onun sözlərinə görə, koronavirus yayıldıqdan sonra İranda Azərbaycan ərazisinə buraxılan vətəndaşlar 14 gün müddətində həkim nəzarətində olurlar. Onlara nəzarəti isə hər gün yerli sahə həkimləri edirlər.
Əgər vətyəndaşların səhhətində hər hansı təhlükəli məqam aşkar olunarsa, mərkəzə bu barədə məlumat verir və həmin şəxs karantinə alınır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !