Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Məlumata görə, "Cənub Astara” gömrük postunda İrandan Azərbaycana gələn yük qatarının platforma və vaqonlarına Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı vaqonlardan birində gömrük nəzarətindən gizlədilən 3 kq 860 qr narkotik vasitə - marixuana aşkar edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !