İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

18:30 | 23.01.2023
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Yanvar ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana və 250 ədəd "metadon M-40” psixotrop həbi aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb