İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

14:22 | 20.05.2017
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan ölkəmizə narkotik vasitələr gətirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. DGK GSHQMBİ Əməliyyat İdarəsinin əməkdaşları ilə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılmış və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti