İrandan Azərbaycana növbəti nota

13:45 | 04.12.2013
İrandan Azərbaycana növbəti nota

İrandan Azərbaycana növbəti nota

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin baş konsulu Möhsün Mövlayi İran vətəndaşı Bəhram Feyzinin Apelyasiya Məhkəməsində keçirilən prosesində səfirlik nümayəndəsinin iştirakının təmin edilməsini istəyib.

ANN.Az bildirir ki, səfirlikdən azvision.az-a verilən məlumata görə, M.Mövlayi bu barədə Azərbaycana nota təqdim olunduğunu deyib: “Beynəlxalq qanunlara görə ittiham olunan xarici ölkə vətəndaşı haqqında məhkəmə hökmü çıxarılmazdan əvvəl onun səfirlik nümayəndəsi ilə görüşü təmin edilməlidir. Lakin bu barədə bir neçə dəfə nota təqdim etməyimizə baxmayaraq, hələ də bu məsələ təmin edilməyib”. 

İran konsulu Bəhram Feyzinin aclıq aksiyasına başladığını bildirib: “O, məhkəmənin qərarına etiraz olaraq aclıq elan edib və saxlanma şəraitindən şikayətlənib. Onun səhhəti səfirliyin həkimi tərəfindən müayinə olunmalıdır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM