ANN.Az Modern.az-a istinadən xəbər verir ki, 4 ildir davam edən vətəndaş müharibəsi boyunca Suriya rəhbərliyinin arxasında dayanan İrandan Bəşər Əsəd üçün sürpriz bir açıqlama gəlib.
CNN İnternationala müsahibə verən Abdullah Bəşər Əsədin Suriyada ömür boyu dövlət başçısı olaraq qalması üçün israr etmədiklərini söyləyib. Terrorçulara və xarici güclərə qarşı olduğunu söyləyən Əmir Abdullah Suriya hökumətinin tələbi əsasında hərbi məsləhətlər verdiklərini də vurğulayıb.
Onun iddiasına görə, Suriyada orduları yoxdur. İran Suriyada vətəndaş müharibəsi başladığı gündən bu yana Əsəd rejiminə dəstəyini gizləmirdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !