ANN.Az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın yaydığı məlumata görə, Ə.R.Purdestan təcrübələrin Hürmüz boğazında aparıldığını deyib. O, təlimlərin bir həftə davam edəcəyini vurğulayıb. Test edilən pilotsuz hərbi təyyarələr "Raad" - "Göy gurultusu" adlanır.
Purdestan hərbi təyyarələrin 250 kilometrlik mənzilə sahib olduqlarını və hədəfə dəqiq zərbə endirmə xüsusiyyətinə malik olduğunu deyib.
"Raad"ı "hərəkətli bomba" olaraq xarakterizə edən general bombanın quru və hava hədəflərinə qarşı təkmilləşdirildiyini və təsbit olunan düşmənin üzərinə "hədəfi dəqiq nişan alaraq özünü məhv etmə" xüsusiyyətinə malik olduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !