Sarkisyanın Tehran səfəri ənənəvi erməni xəstəliyini gücləndirib.
İrəvanda Ermənistanı regional lider sayan siyasi ekspert tapılıb və bu, qonşu ölkələrlə yanaşı, bu ölkənin siyasi elitasını heyrətə salıb. İstiPress-in məlumatına görə, bu cür iddianı erməni siyasi şərhçi Arman Vaneskaqyan "Sputnik Armeniya” portalında yazdığı məqaləsində bildirib.
Noyabrın 1-də Tehranda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev arasında keçiriləcək ikinci üçtərəfli sammitdən bəhs edən müəllif bunun Serj Sarkisyanın Tehran səfərini kompensasiya etmək məqsədi ilə keçirildiyini iddia edir. Arman Vaneskaqyan Putinin Tehran səfərini də Sarkisyanın Tehran səfəri ilə bağlayır.
Məqalə sanki tarixi birdən-birə 300 il arxaya, 18-ci əsrin əvvəllərinə atır. Onda azərbaycanlı Nadir şah Əfşarın rəhbərlik etdiyi İran dünya səviyyəli superdövlət, Pyotr Rusiyası isə Krımın vassallığından yenicə qurtulmuşdu. Muğan qurultayından sonra Gəncə və İrəvanı idarə edən Qacar ailəsi ilə yeni seçilmiş Nadir şahın düşməninə çevrilmişdi. Nadir şah buna görə, azsaylı erməniləri təmsil edən məlikləri birbaşa özünə tabe etmişdi və yaxın adamına çevirmişdi. Yəni, onda Rusiya liderinin İran qapısına hansısa ermənini minnətçi salması məntiqli idi, amma indi rollar dəyişib və Rusiya dünyanın iki supergücündən biridir. İran isə çətin məqamlarda Rusiyanın yardımına sığınır.
Görünür, Arman Vaneskaqyan insanı 300 il əvvəlin standartları ilə düşünməyə məcbur edən qəribə xəstəliyə tutulub. Ya da Ermənistanda Avrasiya İttifaqına daxil olduqdan sonra bir az da güclənən ruh düşkünlüyünü aradan qaldırmaq üçün ictimaiyyəti ruhlandırmağa çalışır. Amma "Sputnik Armeniya” portalında dərc olunmuş başqa məqalə göstərir ki. birinci variant daha doğrudur və Ermənistanda bu qəribə xəstəliyə tutulmuş adamlar həddindən çoxdur. Yəni, Ermənistana dünyanın inkişaf etmiş tibb mərkəzlərindən psixatrlar ordusu çağırmağın vaxtı çatıb.
Amma birdən-birə ortaya bir Urartu lövhəsi çıxdı və bunun İrəvan yaxınlığında yerləşən Qırmızı təpədən tapıldığı iddia edildi. Ermənilər həmin təpənin adını tələm-tələsik erməni dilinə tərcümə edərək "Karmir blur” qoydular. Ermənilər həmin lövhədə aşkarlanan "RBN” hərflərinin "Erebuni” olduğunu iddia etdilər və bunu İrəvanın adına bağladılar.
Ən maraqlı məsələ isə vaxtilə Urartu qalasının olduğu iddia edilən Qırmızı təpədə ermənilərin düzəltdikləri "qala xarabalıqları” idi. Həmin "xarabalıqları” görən nüfuzlu sovet alimi, SSRİ Elmlər Akademiyasının akademiki İsaak İzraileviç Mints sual veribmiş: "Bu, nə tikilidir, nə fiqurlardır, onları kim qoyub?” Sonra da sual verib ki, bunlar orijinaldırmı? Ermənilər cavab veriblər ki, "Yox bunu biz özümüz qədim Assuriyada və Babildə olanlara oxşadıb, düzəltmişik”. Mints heç nə deməyib və qonaqlıqdan sonra keçirilən mətbuat konfransında bildirib ki, Karmir blurun qədimliyini sübut edən faktların olmaması fantaziya üçün geniş meydan açır. Bu çıxış erməniləri çox məyus edib.
Əslində, "RBN” kəlməsinin həmin gil lövhələrdə tapılması məsələsi şübhəlidir. Bəzi tədqiqatçılar lövhələrdə "RBN” hərfi ilə Türkiyənin içərilərində olan bir qaladan bəhs edildiyini bildirirlər. Əslində, ermənilər özü də bu versiyanı qəbul etmirlər. Onların iddiasına görə, bu şəhəri Nuh peyğəmbər salıb və gəmidən Ağrı dağını görəndə ermənicə "Yerevats!”, yəni "o göründü” deyib. Yəni, İrəvanın dünyanın ən qədim şəhəri və erməni dilinin bütün dillərin anası olduğunu iddia edirlər. Elmə, tarixi və mifoloji mənbələrə heç bir dəxli olmayan bu uydurmaya inandıqlarına görə Ermənistanda çoxlarının psixatr yardımına ehtiyacı var.
Reallıq isə erməniləri hər şeyə ayıq gözlə baxmağı məsləhət görür. Faktlara müraciət edək: bu ilin yanvar-avqust aylarında Ermənistana xaricdən əmək miqrantaları tərəfindən göndərilən vəsaitlər 1,1 milyard dollar olub. Ermənistanın populyar "News.am” saytı bu barədə yazdığı xəbəri "Ermənilər xaricdən gələn pul köçürmələri hesabına bir təhər sağ qalırlar” adı altında dərc edib. Portalın yazdığı başqa bir xəbərdə isə bildirilir ki, Ermənistan Dövlət Elm Komitəsinin sədri Samvel Arutunyan aşağı maaş üzündən alimlərin Ermənistanı tərk etdiyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !