İrandan Ermənistana narkotik keçirmək istəyənlər tutuldular

12:35 | 22.05.2023
İrandan Ermənistana narkotik keçirmək istəyənlər tutuldular

İrandan Ermənistana narkotik keçirmək istəyənlər tutuldular

Ermənistanın hüquq-mühafizə orqanları İrandan narkotik vasitələrin, o cümlədən silah-sursatın ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan vətəndaşı R.P. mayın əvvəlində şəxsiyyəti hələlik müəyyən edilməmiş İran vətəndaşı ilə əlbir olaraq narkotik vasitələrin və silah-sursatın qanunsuz idxalını təşkil etməyə cəhd ediblər.

Onlar Qacaran şəhərinin iki sakini M.P. və A.K.-ni öz cinayətkar planlarına qoşublar. M.P. və A.K. Meğri gömrüyündə qadağan olunmuş yükü qarşılamalı idilər. Lakin Meğri yaxınlığında hər üçü Milli Təhlükəsizlik Xidmətinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Baxış zamanı onlardan 10 kq heroin, metamfetamin və marixuana, 2 ədəd döyüş tapançası və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM