İrandan İŞİD xəbərdarlığı

14:50 | 18.10.2014
İrandan İŞİD xəbərdarlığı

İrandan İŞİD xəbərdarlığı

İran İslam respublikası Səudiyyə Ərəbistanını İŞİD terror təşkilatını qurmaqda və maliyyə dəstəyi verməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, Ayətullah Hatəmi Tehranda cümə namazı xütbəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Səud əl Faysalı İrana qarşı səsləndirdiyi ittihamlara cavab verib. “Hamı İŞİD-in Səudiyyə Ərəbistanının neft dollarları ilə qurulduğunu və İslam dünyasındakı terrora sizin dəstək verdiyinizi bilir. Məzlum müsəlmanların qanı sizin pulunuzla axır. Siz problemin hissəsi yox, özüsünüz!” Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Səud əl Faysal, “İran Suriyadsa problemin bir hissəsidir” – demişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM