İrandan korrupsiya iddiasına TƏKZİB

23:59 | 30.12.2014
İrandan korrupsiya iddiasına TƏKZİB

İrandan korrupsiya iddiasına TƏKZİB

İran prezidentinin köməkçisi İshaq Cahangiri prezident Həsən Ruhani hökumətinin Milli İnkişaf Fondundan 4,1 milyard dollarlıq korrupsiyaya yol verdiyi iddialarının əsassız olduğunu bildirib.

ANN.Az
dünya mətbuatına istinadən xəbər verir ki, Cahangiri bu barədə "Mehr" xəbər agentliyinə danışıb:

"Hökumətin Milli İnkişaf Fondundan 4,1 milyard dollar aldığını iddia etdilər. Bu yalan xəbərdir. Bu yalan xəbəri yayanlar haqqında qanuni əməliyyat başladılmalıdır. Səlahiyyətli orqanlar mövzunun üzərində dayanmalarına baxmayaraq, bəzi millət vəkillərinin bu iddianı yüksək səslə dilə gətirmələrinə məna verə bilmirəm".

Daha sonra o, "Səlahiyyətli orqanlar bu iddianı açıq-aşkar yalanlayır. Fondun hesablarını aparan Mərkəzi Bank tərəfindən bu pulun alınmadığı açıqlanır. Həmçinin Milli İnkişaf Fondu sədri də Fond hesabından pulun alınmadığını ifadə edir. Buna baxmayaraq necə olur ki, hökumətin Fond hesabından pul götürdüyü mövzusunda şübhə edilir?", deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti