İrandan Qarabağla bağlı daha bir təxribat - Foto

23:15 | 15.09.2021
İrandan Qarabağla bağlı daha bir təxribat - Foto

İrandan Qarabağla bağlı daha bir təxribat - Foto

Son günlərdə müzakirə olunan gündəm məsələlərdən biri də rəsmi Bakının icazəsi olmadan İrandan Qarabağa qanunsuz yüklərin daşınmasıdır.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan tərəfi bununla bağlı artıq ciddi tədbirlər görür. 

Bunun nəticəsi kimi, bu gün İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olduqları üçün saxlanılıblar.

DİN-in yaydığı məlumata görə, Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
Yükdaşıma ilə bağlı İran tərəfinin sürücülərə verdiyi göndəriş vərəqələrinin fotoları da sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirəyə olub. 

Belə ki, həmin sənəddə Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat edilib, vərəqdə "Xankəndi, Azərbaycan" yazılmaq əvəzində, "Stepanakert, Armenia" qeyd olunub. Bu da istənilən halda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ciddi narazılığı ilə nəticələnib.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM