İran kəşfiyyatı "BBC" telekanalını ölkənin arxivlərini oğurlamağa cəhddə günahlandırıb.ANN.Az xarici KİV-lərə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyi telekanalın ölkənin tarixi və mədəni arxivlərini oğurlamaq istəyərkən cəhdin qarşısının alındığını bildirib. Məlumatda qeyd olunur ki, "BBC"nin İrandakı agentləri vasitəsilə ölkənin arxivlərinin olduğu bir hökumət binasından İranın tarixi və mədəni arxiv sənədlərini oğurlamaq istəyib. Ancaq İran kəşfiyyatı bunun qarşısını alıb.Kəşfiyyat Nazirliyi mövzuyla əlaqədar ətraflı məlumatı daha sonra yayacaqlarını da vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !