İrandan ruslara ciddi dəstək

14:00 | 05.10.2014
İrandan ruslara ciddi dəstək

İrandan ruslara ciddi dəstək

Tehrana qarşı sanksiyalar aradan qaldırılarsa, İran Rusiyanı əsas qaz tədarükçüsü qismində əvəz etməyə hazır deyil. Bunu İran prezidenti Həsən Ruhani “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

"İstər şərqdə, istərsə də qərbdə bizim çoxlu müştərilərimiz, alıcılarımız da var. Bizim şərq, qərb və cənub qonşularımızın hamısı bizdən qaz almaq istəyirlər, amma biz o qazı hələ hasil etməliyik. Hamı düşünür ki, əgər sabah Rusiyadan qaz tədarükü dayandırılacaqsa, İran həmin qazı tədarük edəcək. Bu gün elə bir şərait yoxdur. Bizim istehsalımız bu mərhələdən hələ çox uzaqdır", - deyə İran prezidenti bildirib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti