İranı Ermənistanla birləşdirən marşrutlar məhdudlaşdırılmayacaq - İran XİN

14:17 | 18.09.2023
İranı Ermənistanla birləşdirən marşrutlar məhdudlaşdırılmayacaq - İran XİN

İranı Ermənistanla birləşdirən marşrutlar məhdudlaşdırılmayacaq - İran XİN

İran İranı Ermənistanla birləşdirən bu regionda tarixi marşrutunun məhdudlaşdırılmasına və ya bağlanmasına imkan verməyəcək. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "Əl-Vəfaq” qəzetinə müsahibəsində deyib.
 
Sentyabrın əvvəlində Abdollahian türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra Tehranın regionda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyini bildirib.
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov hesab edir ki, İran Zəngəzur dəhlizinin açılmasına maraqlı deyil. 
 
"Regionumuzda baş verən son mürəkkəb proseslər fonunda İran-Ermənistan münasibətlərində yeni məqamlar, yeni çalarlar üzə çıxır. Ermənistanın ABŞ ilə yəni İran İslam Respublikasının baş düşmən hesab etdiyi dövlətlə birlikdə hərbi təlimlər keçirilməsini rəsmi Tehran öz təhlükəsizliyi üçün təhdid hesab edir və bunu açıq şəkildə bildirir. İran prezidenti İbrahim Rəisinin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığında da bu etirazını açıq şəkildə etiraf edib və regionda hər hansı geosiyasi dəyişikliklərin baş verməsinin əleyhinə olduğunu və buna imkan verməyəcəyini söyləyib. İran tərəfi İranı Ermənistanla bağlayan regionda  tarixi marşurutların məhdudlaşdırılmasına və ya bağlanmasına imkan verməyəcəyini də bildirib. Əslində bu bizim üçün yeni hadisə deyil. İran-Ermənistan münasibətlərində bu yeni məqamlar yeni gərginlik ocağının yaranmasına qədər İran bu tezisi hər zaman səsləndirirdi və biraz da açıq desək İran Zəngəzur dəhlizinin açılmasına və Zəngəzur dəhlizinin işə düşməsinin əleyhinə idi və hətta Türkiyyə Cumhiryətinin prezitenti Ərdoğan çıxışlarından birində Zəngəzur dəhlizinin açılasını Ermənistandan daha çox İranın istəmədiyini bildirmişdi", - deputat açıqlayıb. 
 
Nəsirov deyir ki, Zəngəzur dəhlizinin açılması İranın mövqeyinə zidd ola bilməz. 
 
 
"Faktiki olaraq İranın bu məsələlərlə bağlı mövqeyində bir dəyişiklik baş verməyib və İran hesab edir ki, Zəngəzur dəhlizinin işə düşməyi guya ki, onun strateji marağına ziddi və bu tamamilə yanlış bir mövqeydir. Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinin saxlanılmasında maraqlıdır. Biz regionda əməkdaşlıq mühitinin formalaşmasında maraqlı tərəfik. Bunu dəfələrlə Azərbaycan prezitendi İlham Əliyev çıxışlarında vurğulayıb. İranın regionla bağlı bu cür yanaşmaları anlaşılmazdı çünki Azərbaycanın bu istiqamətdə atacağı addımlar İrana qarşı yönəlməyib, əksinə regionda sabitliyin, iqtisadi əməkdaşlıq mühütünün formalaşmasına xidmət göstərir", - o vurğulayıb. 
 
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılovun fikrincə İran rəsmilərinin Azərbaycan haqda verdiyi açıqlamaların heç biri səmimi deyil. 
 
"İran rəsmilərinin Azərbaycan əleyhinə verdiyi açıqlamalar heç bir səmimiyyətə sığmır. Bir tərəfdən guya İran Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında marağı olduğunu söyləyir, digər tərəfdən belə qəribə açıqlamalarla vəziyyəti gərginləşdirməyə çalışır. Bütün bunlar onu göstərir ki, hətta münasibətlərin ən yaxşı olduğu dövürdə belə biz İrana güvənə bilmərik və  güvənməməkdə haqlıyıq. İranın siyasi rəhbərliyinə yaxşı məlumdur ki Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə Azərbaycanın regionda düşündüyü layihələrin heç biri  İranın marağlarına qarşı deyil və eyni zamanda İran Ermənistan adasındaki qovşaqların bloklanması və ya pozulması deyil. İran məntiqli düşünsəydi,siyasi proseslərə rasional yanaşsaydı, Azərbaycanın təklif etdiyi variantları ən məqbulu hesab edərdi. Görürük ki, İranın Azərbaycanın təkliflərinə qarşı belə irrasional mövqeyi, qeyri-səmimi yanaşması artıq uzun müddətdir davam edir. Hətta münasibətlər yaxşılaşsa belə İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə Ermənistanın varisi qismində iştirak edir və Türk dünyasının coğrafi baxımdan birləşmə, yəni yeni kommunikasiya, logistika imkanlarının yaranmasını qəbul etmir, həzm etmir və bu prosesi sabotaj etmək üçün müxtəlif dövrlərdə İran rəsmilərinin dilindən belə qeyri-rəsmi şantajlar səsləndirir", - politoloq qeyd edib. 
 
Sentyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.
 
Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib ki, Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır.
 
Gülnar Nazimqızı
Çinar Axundzadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM