İranın hücumundan İsrail necə qorunub?

17:12 | 16.04.2024
İranın hücumundan İsrail necə qorunub?

İranın hücumundan İsrail necə qorunub?

İran əvvəlcədən İsrailə hücumunun bu ökəyə əhəmiyyətli zərər verməyəcəyini planlaşdırırdı. Bunu Yaxın Şərq Media Araşdırma İnstitutunun (MEMRI) rəhbəri Yiqal Karmon bildirib.

Karmon məqaləsində dörd il əvvəl ABŞ əsgərlərinin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd bazasına edilən hücumu yada salıb.  Hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsinə cavab məqsədi daşıyıb.

Amerikalılar bu zərbə haqqında məlumatı hücumdan bir gün əvvəl alıb. İranın o zamankı xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, qarşıdan gələn zərbə ilə bağlı məlumat əvvəlcədən İraq hakimiyyətinə çatdırılıb.

Karmon yazır ki, onlar da öz növbəsində nəzərdə tutulduğu kimi bunu amerikalılarla bölüşüblər. Bu, ABŞ-ın itkilərinin az olmasına səbəb olub. 

İndi MEMRI rəhbəri iddia edir ki, eyni şey baş verib. Üç gün ərzində İran İordaniya, İraq və Türkiyəyə gözlənilən hücum barədə məlumat verib.
 
"Onlar İsrailə xəbərdarlıq edən amerikalılarla məlumatı paylaşıb. Həmas hücum edəndə itkilər olur. İran bunu edəndə itkilər azalır”, - Karmon qeyd edib. 

İsrailin cənubunda bir uşağın yaralanmasına gəlincə, bu, raket zərbəsi deyil, kəsicidən düşən dağıntıların nəticəsidir. Hava bazasına cüzi ziyan dəyib.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb