İranın İsrailə raket hücumu başa çatdı - Yenilənib

22:02 | 01.10.2024
İranın İsrailə raket hücumu başa çatdı - Yenilənib

İranın İsrailə raket hücumu başa çatdı - Yenilənib


İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.

Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.

"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.

Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:

"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".

 ***
 
İsrail İrandan gələn aviazərbələr səbəbilə hava məkanını bağlayıb.Bu barədə "Reuters” məlumat yayıb.

Bildirilir ki, hazırda bütün uçuşlar alternativ istiqamətlərə yönəldilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür