İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:
"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".
***
İsrail İrandan gələn aviazərbələr səbəbilə hava məkanını bağlayıb.Bu barədə "Reuters” məlumat yayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !