Xəbər verdiyimiz kimi, bu gün İranda parlament seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, 57 milyon 918 min seçici 208 seçki bölgəsində qurulan 55 min məntəqədə səs verəcək.
11-ci dəfə formalaşdırılacaq parlamentin 290 üzvünü müəyyən edəcək seçkilərə qatılmaq üçün müraciət edən 16 min 33 nəfərdən 7 min 148-nin namizədliyi təsdiq olunub. Rəqəmlərə əsasən, 290 mandatlıq parlamentdəki hər yer üçün 24 nəfər mübarizə aparır.
Paytaxt Tehran 35 millət vəkili ilə məclisə ən çox deputat göndərəcək bölgədir.
Seçkilərdə namizəd olmaq üçün müraciət edənlərdən bir çoxunun Konstitusiya Mühafizəçiləri Şurası tərəfindən veto edilməsi səbəbilə, xüsusilə, islahatçı qanada mənsub seçicilərin inamının azaldığı, buna görə də seçkilərdə aktivliyin aşağı olacağı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !