İranlı ermənilərə Yeni İl hədiyyəsi

14:27 | 23.12.2013
İranlı ermənilərə Yeni İl hədiyyəsi

İranlı ermənilərə Yeni İl hədiyyəsi

Tehranın dörd məhəlləsində müsabiqə keçirilib.Tehran bələdiyyəsi qarşıdan gələn Milad və Yeni İl bayramları ilə əlaqədar şəhərin erməni sakinlərinə Milad ağacları hədiyyə edib.ANN.Az Azadlıq Radiosu-na istinadən xəbər verir ki, Tehran merinə yaxınlığı ilə tanınan Mehrnews agentliyi məlumat verir ki, meriya İran paytaxtındakı “Persian” otelində böyük Milad ağacının qurulmasını təşkil edib.Agentlik farsca yayınladığı xəbərdə bildirir ki, Tehranın dörd məhəlləsində ən gözəl Milad ağacı müsabiqəsi keçirilib.Əhalisinin böyük əksəriyyəti şiə müsəlmanlardan ibarət olan İranda xristian azlıq kimi erməni icmalarına bir sıra imtiyazlar verilib.Bu arada qeyd edək ki, İranda yaşayan və ən böyük milli “azlıq” hesab olunan azərbaycanlılara münasibətdə belə imtiyazların tətbiqi müşahidə olunmur. Belə ki, bu ölkənin tərkibində yaşayan 30 milyondan çox azərbaycanlının hətta ana dilində məktəbləri belə yoxdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM