Braziliyada keçirilən dünya çempionatında iştirak edən İran yığmasının qadın azarkeşlərinin geyimləri ölkədə qalmaqal yaradıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın xəbərinə görə, iranlı rəsmilər Braziliyadakı azarkeşlərin İslam Respublikasının dəyərlərini nəzərə alaraq geyinmələrini tələb edib.
O cümlədən, ölkədə qadınların kafe və restoranlarda kişilərlə birlikdə oyunlara baxması da hökumət rəsmilərini hiddətləndirib. Kafelərdə reydlər keçiriləcəyini açıqlayan rəsmilər kişilərlə qadınların bir yerdə futbola baxması hallarının qarşısının alınacağını bildirib.
İranlı qadınların qalmaqal yaradan fotolarını təqdim edirik.
Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !