Bu gün Cenevrədə İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri + Almaniya) arasında növbəti danışıqlar başlayıb.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar ekspertlər səviyyəsində aparılır və 1 gün davam edəcək. Texniki məsləhətləşmələrdə əsas məqsəd noyabrda Cenevrədə nazirlər səviyyəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün planlar işlənib hazırlanmasıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !