• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

İranla Azərbaycan arasında danışıqlar aparılır

İranla Azərbaycan arasında danışıqlar aparılır
17.09.2015 15:07

İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi deyib.
 
O, iki ölkənin dəmiryol şəbəkəsinin Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacağını bildirib: "Avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən koordinasiya iclasında Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif edib. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq ki, bunun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir”.
 
Gilan valisi Bakıda keçirilən iclasda İran Astarasında böyük yük terminalının tikintisi barədə qərarın verildiyini də bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - Məzənnə
SOCAR-KBR BP ilə Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıb
İqtisadiyyat 07:34
SOCAR-KBR BP ilə Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıb
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
İqtisadiyyat 16:00
ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
İqtisadiyyat 15:27
Ermənistan Zəngəzur dəhlizinin idarəsini ABŞ şirkətinə həvalə edir
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
İqtisadiyyat 14:48
Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
İqtisadiyyat 14:27
Səhiyyə Nazirliyi Pfizer nümayəndələri ilə görüşü
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
İqtisadiyyat 13:29
Ağıllı qaz şəbəkəsi üzrə 480 milyon dollarlıq saziş imzalanıb
Azərbaycan çay ixracını azaldıb - Statistika
İqtisadiyyat 12:50
Azərbaycan çay ixracını azaldıb - Statistika
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 12:31
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol