İranlı diplomat Estoniya XİN-ə çağırılıb

23:31 | 23.04.2024
İranlı diplomat Estoniya XİN-ə çağırılıb

İranlı diplomat Estoniya XİN-ə çağırılıb

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Buna səbəb "MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

Diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.

Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb