İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

14:17 | 02.05.2019
İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

Bunu  İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid  bəyan edib:

"Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr".

Anews.az oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, İran regionda müharibə arzulamır: 

"Çünki bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə  hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM