İranlı alpinist qız Cənubi Koreyada keçirilən beynəlxalq yarışlarda hicabsız iştirak edib.
Onun çempionatı vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldığı iddia edilir.Həmçinin idmançının vətənində həbs olunacağı da ehtimal edilir.
Elnaz Rekabi adlı alpinist Beynəlxalq Dırmanma Federasiyasının Asiya çempionatının bazar günü keçirilən final oyununda hicab geyinməyib.
Rekabinin hicabdan imtina etmək qərarı isə İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan etirazlar fonunda verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !