İranlı milyarderlə bağlı edam cəzası 20 il həbslə əvəzlənib

15:10 | 02.05.2024
İranlı milyarderlə bağlı edam cəzası 20 il həbslə əvəzlənib

İranlı milyarderlə bağlı edam cəzası 20 il həbslə əvəzlənib

İran məhkəməsi 2013-cü ildə dövlət neftinin satışından əldə olunan 2 milyard dolları mənimsəməkdə ittiham edilən milyarder Babək Zəncani ilə bağlı  edam hökmünü ləğv edib və 20 il həbslə əvəzləyib. Bu barədə İran KİV məlumat yayıb. 

İran məhkəmə sisteminin mətbuat katibi Əsgər Cahangir bu qərarın Zəncaninin istintaqla fəal əməkdaşlıq etməsi, əmlakını dövlətə qaytarması və borclarını ödəməsi ilə izah edib. Yalnız bu hərəkətlərdən sonra məhbusa əfv ərizəsi təqdim etməyə icazə verilib.

O, həmçinin vurğulayıb ki, İranın ali dini lideri Əli Xamneyi ölüm hökmünü 20 il həbslə əvəzlmək barədə sənədi imzalayıb. 

Milyarderin vəkili Rəsul Kuxpoezade öz növbəsində əlavə edib ki, müvəkkili on ildən artıq həbsdə yatdığı üçün onun şərti azadlığa buraxılması üçün müraciət etmək hüququ var və bunu müdafiə tərəfi edəcək.

Bu il martın əvvəlində İran Mərkəzi Bankı Zəncaninin bütün valyuta aktivlərinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı bəyanat yayıb. Departament xəzinədarlığa köçürülən aktivlərin məbləğini açıqlamayıb. Məlumdur ki, 2013-cü ildə həbs olunana qədər iş adamının sərvəti 14 milyard dollar qiymətləndirilirdi.

Babək Zəncani 2013-cü il dekabrın 31-də iqtisadi cinayətlərdə və çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs edilib. 2016-cı ildə o, ölüm cəzasına məhkum edilib. Lakin həmin ilin sonunda İran Ali Məhkəməsi birinci instansiyanın qərarını ləğv etdi. Ölüm cəzasının ləğvi müvəqqəti xarakter daşıyırdı.
 
2018-ci ildə İslam Respublikasının prokurorluğu əminliklə bəyan edib ki, Zəncaninin bir neçə il əvvəl məhkəmə tərəfindən verilən ölüm hökmü mütləq icra olunacaq.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM