Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirləndirilən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Babaverdiyev, Y. Camallının və C. Talıblınln hər biri 20 il, R. Seydiyeva 9 il, P. Əlməmmədov 14 il, Z. Dünyamalıyev isə 12 müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxslərə ümumilikdə 95 il həbs cəzası verilib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.
Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib.
Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.
Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlmiş, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürmüş, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !