İranlılar - çox mehriban və dürüstdürlər - REPORTAJ+FOTOLAR

14:16 | 24.10.2014
İranlılar - çox mehriban və dürüstdürlər - REPORTAJ+FOTOLAR

İranlılar - çox mehriban və dürüstdürlər - REPORTAJ+FOTOLAR

(ardı)İrana səfər məni yalnız ona görə cəlb etmir ki, ora getməyə viza lazım deyil (İranlılar isə Azərbaycana giriş üçün viza almağa məcburdurlar), hər şey ucuz və yaxındadır. Bu, elə də əhəmiyyətli məsələ deyil, hətta qədimilik və arxitektura da əsas deyil. Orada xoşuma gələn məqam insanlarla ünsiyyət saxlamaqdır. Hətta farsdilli Tehranda da dil baryeri demək olar ki yoxdur, amma onlarda nə qədər istilik və səmimiyyət, əcnəbiyə kömək etmək və onu xoşagəlməz hadisələrdən qorumaq arzuları var!Tehranda da məni xəbərdarlıq edirdilər (əsasən Təbrizdə və Ərdəbildə belə olurdu) –pulunu göstərmə, cibində gizlət, sən bizim banknotlarımızdan baş açmazsan, səni aldadacaqlar!Bəs bunu kim deyirdi? Təsəvvürünüzə gətirin, bir dəfə Tehranda, metrodan bilet alarkən mən banknotları səhv saldım və biletçiyə hansısa çox böyük məbləğdə bir kupyura uzatdım. O, bu zaman telefonla danışırdı və mexaniki surətdə kupyuranı götürüb, metro biletini mənə uzatdı. Mən itkiyə məruz qaldığımı bilmədən, sakit şəkildə və yorğun halda qatarlara doğru böyük yeraltı zalda addımlayarkən, biletçi təngnəfəs halda zalın o başından qaça-qaça gələrək, üzr istədi və dedi ki, günah ondadır, çünki telefonla danışırdı, buna görə də xırda pulu mənə qaytara bilmədi. Sonra mən üzr istəməyə başladım, həqiqətən özümü narahat hiss edirdim ki, adam qaça-qaça o boyda camaatın içində məni tapdı. Birlikdə kassaya getdik, o, yenə üzr istəyərək böyük kupyuranı mənə qaytardı. Və onlar bu qədər dürüst ikən, turistləri aldadıla biləcəkləri barədə xəbərdarlıq etmələri anlaşılmaz idi.Tehranda və ümumiyyətlə İranda siz heç vaxt başqaları ilə bərkdən, əl-qol hərəkətləri ilə danışan, başqalarına sataşan adamlarla qarşılaşmazsınız. Küçədə qışqır-bağıra və yoldan ötənin qəzəbli baxışlarına adət etmiş qafqazlılar İran küçələrində sıxıntıdan yatacaqlar. Heç kəs onları itələməyəcək, şəhərdə saçı gözlərini örtən oğlanlar yoxdur və hətta sürücülər klaksonları basmırlar!Təbrizdə azərbaycanlılar mənə deyirdilər ki, fars dilini bilmədən Tehrana yola düşmək lazım deyil, çünki çətin olacaq. Və məndə belə təəssürat vardı ki, farslar İran türklərini və ümumiyyətlə Türkiyəni və Azərbaycan xoşlamırlar. Amma məişət səviyyəsində mən bunun tamamilə əksini gördüm. Tehranlılar türk seriallarını xoşlayırlar və istənilən türkləri (azərbaycanlılar da daxil olmaqla) gördükdə, Sultan Süleyman və onun ukraynalı arvadı Hürrəm haqqında "Möhtəşəm yüz il" serialına sevgilərini göstərirlər.Tehranın nəhəng tarixi bazarında çay satıcısı olan azərbaycanlı mənə dedi ki, hər axşam Azərbaycan telekanalına baxır. Mən ona demədim ki, mən baxmıram. O, təmiz Azərbaycan dilində danışırdı, yəqin elə buna görə də bizim televiziyaya baxır.Aeroportdan paytaxta və sonuncu gün İmam Xomeyni aeroportuna mən taksidə getdim, çünki mənzil başına çatmağın başqa üsulu yoxdur. Yol uzundur, bəlkə də Tehran Beynəlxalq Aeroportu bütün dünya aeroportları arasında şəhərdən ən uzaq yerdədir.Otelin qeydiyyat şöbəsində işləyən qız iranlı idi, o, mənim çox xoşuma gəldi, elə utancaq idi ki. Mənim dilimi bilmirdi, bir az ingiliscə danışırdı. O və Tehranın başqa farsları mənim suallarıma cavab verə bilmədiklərinə görə sanki özlərini günahkar hiss edirdilər. Belə məqamlarda yanımda azərbaycanlı peyda olurdu və ya farslar tanış azərbaycanlıları yanlarına çağırıb, mənə yolu göstərmələrini xahiş edirdilər (çünki elə olurdu, küçədə qrup halında dayanmış taksi sürücülərinə yaxınlaşıb soruşurdum).İkinci gün mən artıq şübhələrə yer qoymadan, hamıyla Bakıdakı kimi sərbəst şəkildə Azərbaycan dilində danışmağa başladım. Həmsöhbətim ya İran azərbaycanlısı, ya bizim dilimizdə bilən fars, ya da yanımda peyda olan könüllü tərcüməçi olurdu.Sonuncu gün məscidə gəldim. Yorulmuşdum və Bakıya uçuşun başlayacağı vaxta kimi zaman öldürmək lazım idi. Öz vətənimdə məscidə getmirəm, Tehranda isə müqayisə etmək və baxmaq maraqlı idi. Mənə çay içmək təklif olunarkən çox təəccübləndim, özü də pulsuz. Sonra daha iki stəkan içdim, çox xoş gəldi. Xalçada əyləşərək ayaqlarımı rahat şəkildə uzatdım və bu zaman mənə plastik stul gətirdilər. Oturmalı oldum, hərçənd xalçada daha rahat idi. Yanımda əyləşənlərin söhbətindən onların fars olması qənaətinə gəldim. Mən onların simalarını araşdırırdım, şəkillərini çəkirdim. Onlar necə də Abşeron yarımadası sakinlərinə bənzəyirlər. Tarixçilər deyirlər ki, Abşeronluların əksəriyyəti neft buruqlarında işləmək üçün köçürülmüş farslardır.Bu əla cütlüyü mən avtomobil sürücülərinin zövqünə uyğun tərtib edilmiş kafedə tapdım. Şəkil çəkmək üçün icazə alarkən, kişi izah etdi ki, yanındakı oğlu Azərbaycan vətəndaşıdır, ana da həmçinin Azərbaycandandır. Ata isə tehranlıdır, evdə sevimli oğlunu qəbul edir. Bir baxın görün onlar necə də bir-birinə bənzəyirlər! Valyuta dəyişənlərlə də söhbət etdim. Vitrinlərdə sonuncu İran şahı Rza Pəhləvinin təsvirləri olan banknotlar mənim diqqətimi cəlb etdi. Mən onu xatırlayıram. Balaca olarkən, məndə onun təsviri olan İran markası var idi. Mən bu markayla fəxr edirdim! İran mollaları və dinin təsiri altına düşmüş gənc inqilabçılar Pəhləvinin sülaləsini yıxdı və ölkəni indi olduğu çuxura saldı.(ardı var...)Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb