İranın Ali dini lideri ABŞ-la dost olmaq istəyir

21:22 | 20.11.2013
İranın Ali dini lideri ABŞ-la dost olmaq istəyir

İranın Ali dini lideri ABŞ-la dost olmaq istəyir

Ayatolla Əli Xameneyi dünyanın bütün dövlətləri, hətta ABŞ-la da dost münasibətlərini saxlamaq niyyətində olduqlarını deyib

"Biz ABŞ-la da dost münasibətləri saxlamaq istəyirik". ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın ali dini rəhbəri Ayatolla Əli Xameneyi açıqlama verib. Ayatolla Əli Xameneyi bildirib ki, İran buna baxmayaraq nüvə proqramında öz hüquqlarından geri addım atmayacaq. Dini lider ABŞ-la düşmən olmadıqlarını diqqətə çatdıraraq noyabr ayının əvvəlindən beynəlxalq vasitəçilər tərəfindən İran və "altılıq" arasında növbəti görüşlərin təşkil olunacağını da xatırladıb.

Ayatolla Əli Xameneyi nüvə proqramının bütövlükdə dinc məqsədlər üçün istifadə olunduğunu qeyd edib: "İsrail, ABŞ və bir sıra Qərb ölkələri İranı atom sülh proqramının adından istifadə edərək nüvə silahını hazırlamaq cəhdləri ilə ittiham edirlər. Tehran isə bütün ittihamları qəti şəkildə rədd edir. Nüvə proqramı xüsusi olaraq ölkənin elektrik enerjisinə olan ehtiyaclarının təmin olunmasına yönəldilib".

Qeyd edək ki, yaxın günlərdə beynəlxalq vasitəçilər nüvə proqramı üzrə İranla danışıqları davam edəcək. Tam formatda danışıqlar isə İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ilə "altıllıq" koordinatoru Ketrin Əşton arasında keçiriləcək.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM