İranın ali dini lideri qadın məhbuslara amnistiya elan etdi

14:34 | 21.04.2014
İranın ali dini lideri qadın məhbuslara amnistiya elan etdi

İranın ali dini lideri qadın məhbuslara amnistiya elan etdi

İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi amnistiya elan edib.APA-nın İranın ali dini liderinin rəsmi veb-səhifəsinə istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 20 aprel - Həzrəti Fatimənin (ə) doğum günü münasibətilə ölkə həbsxanalarında cəza çəkən məhbus qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanmasını xahiş edib. İranın ali dini lideri təklifi qəbul edib. Belə ki, 6 ayadək, 6 aydan 1 il, 1 ildən 5 il, həmçinin 5 ildən daha çox  müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslər, öhdəsində azyaşlı uşaq olan qadınlar, həyat yoldaşı həbsdə olan qadınlar, borca görə məhkum olunmuşlar, anlaqlı olmayan vəziyyətdə cinayət törədənlər azadlığa buraxılacaqlar. Amnistiya yalnız cinayət, xüsusilə ağır cinayət törədənlərə, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunmuşlara, silah-sursat və narkotik maddələrin qaçaqmalçılığı, silahlı soyğun və quldurluq, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış vətəndaşlara şamil olunmayacaq. Qərarın nə qədər məhbus qadına şamil ediləcəyi açıqlanmayıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM