İranın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etdi

17:55 | 25.11.2013
İranın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etdi

İranın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etdi

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin əməkdaşı Əhməd Əhmədzadənin İrana qayıtması ilə əlaqədar səfirlik bəyanatla çıxış edib.APA-nın xəbərinə görə, İran səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi adından yayılan bəyanatda qeyd olunur ki, İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul əməkdaşı Əhməd Əhmədzadə noyabrın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbi ilə saxlanılıb. Bəyanatda deyilir ki, Ə. Əhmədzadə xidməti pasporta malik olub və beynəlxalq konvensiyalara görə miqrasiya xidmətinin xidməti pasportların qeydiyyatı işinə müdaxiləsi qeyri-qanunidir və bu işə yalnız Xarici İşlər Nazirliyi müdaxilə edə bilər. Bu hadisədən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində və nazirliyin səylərindən sonra Ə. Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib. Ə. Əhmədzadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən 21 noyabr tarixində Bakıdan Tehrana qayıdıb. Qeyd edək ki, İran tərəfi Azərbaycan Dövlət Miqrasiya Xidmətinin müdaxiləsi və rəftarı barədə Azərbaycan XİN-ə etiraz notası təqdim edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti