Ölkənin "Mehr" xəbər agentliyinin yaydığı informasiyaya görə, layihə meneceri Mehdi Nakavidir və o, hesab edir ki, milli axtarış saytı Qərb ölkələrinin İrana tətbiq etdiyi internet məhdudiyyətlərinin aradan qaldırılmasında yardımçı olacaq.
Nakavi axtarış saytının ilk mərhələdə "1 milyard fars dilində olan saytları axtarış gücünə malik" olduğunu bildirib. Sistem ikinci mərhələdə fars, ərəb və ingilis dilli saytların də əlavə olunması ilə 6 milyard axtarış gücünə yüksələcək. Son mərhələdə isə 24 milyon internet saytı axtarma həcminə malik olacaq.
İran prezidenti Həsən Ruhani keçən il açıqlamalarının birində "milli internet" işlərinin sürətləndirilməsini istəmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !