İraq Azərbaycandan nəqliyyat və tranzit məsələlərində anlayış gözləyir

15:43 | 17.09.2024
İraq Azərbaycandan nəqliyyat və tranzit məsələlərində anlayış gözləyir

İraq Azərbaycandan nəqliyyat və tranzit məsələlərində anlayış gözləyir

Azərbaycanla İraq arasında qızılın istehsalı ilə bağlı razılaşmalar əldə edilib. Bunu İraqın ticarət naziri  Athir Davod Salman Əl Hrariri bildirib.

"İraq 2 ildir SWITS-ə qoşulub. Bəzi çətinliklərimiz var. Amma İraq sahibkarlar üçün müəyyən güzəştlər yaradıb. Məsələn xarici investorlar ölkəyə investisiya qoyanda mülkiyyət əldə edə bilər.  İraq hökuməti iş adamlarına zəmanət verir",- o bildirib.

İraq rəsmisi söyləyib ki, sabah rabitə və nəqliyyat naziri Rəşad Nəbiyevlə nəqliyyat və tranzit məsələlərini müzakirə edəcək. 

"Əgər nəqliyyat və tranzit məsələləri həll olunmasa 2 ölkə arasında məhsulların idxalı və ixracı mümkün olmayacaq",- o bildirib. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM