• $
  • €
  • ₽
  • ₺
  • £

İraq imamları HƏMAS-ı qınayıb

İraq imamları HƏMAS-ı qınayıb
04.09.2024 17:03
İraqda yerləşən müsəlman dini liderlərdən ibarət beynəlxalq qeyri-hökumət təşkilatı olan Dünya İmamlar Şurası (WCI) "Həmasın vəhşi hərəkətlərini ən sərt şəkildə pisləyən" bəyanat yayıb. İctimai bəyanat sentyabrın 1-də terrorçuların altı israilli girovu öldürməsindən sonra verilib.

Girovların öldürülməsini "bütün insanlıq prinsiplərinin, dini təlimlərin və beynəlxalq hüququn” pozulması adlandıran WNI əlavə etdi ki, İsrail mülki şəxslərinin edam edilməsi "bütün əsas dini ənənələrin, o cümlədən İslamın təyin etdiyi müqəddəs münaqişə qanunlarının kobud şəkildə pozulmasıdır. ” Ümumdünya İmamlar Şurası dinc əhaliyə qarşı hücumların təkcə İslam qanunlarına deyil, həm də Cenevrə Konvensiyalarına zidd olduğunu etiraf edib.

Təşkilat "Həmas"ın hərəkətləri regiona ölüm və dağıntı gətirməklə yanaşı, həm də Fələstin xalqı üçün böyük iztirablarla nəticələnib. Odur ki, təşkilat "HƏMAS"ı  oktyabrın 7-dən bəri həlak olan bütün günahsız insanların ölümü və iztirablarına görə bilavasitə məsuliyyət daşıyan qrupu" hesab edir.

Bəyanatda həmçinin vurğulanıb ki, İran "bu faciələrə görə bərabər məsuliyyəti bölüşür”, çünki HƏMAS-ın hərəkətlərinə davamlı dəstəyi "bölgədəki zorakılıq və qeyri-sabitliyin kökündə durub”.

Öz internet səhifəsində yazılanlara görə, Ümumdünya İmamlar Şurası "bütün İslam dinlərinin dini liderlərindən ibarət dünyanın ilk və ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır”. O, dinc yanaşı yaşama, tolerantlıq və dinlərarası dialoq, habelə ekstremist ideologiyalara və mübariz İslama qarşı mübarizənin tərəfdarıdır.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol