İraq İranla yeni qaz sazişi imzalayıb

21:52 | 27.03.2024
İraq İranla yeni qaz sazişi imzalayıb

İraq İranla yeni qaz sazişi imzalayıb

İraqın Elektroenergetika Nazirliyi İran Milli Qaz Şirkəti (NIGC) ilə respublikaya 5 il müddətinə gündəlik 50 milyon kubmetrədək qaz tədarükü ilə bağlı saziş imzalayıb.Bu barədə nazirlik məlumat yayıb.

"İraqın Elektroenergetika naziri Ziyad Əli Fadhel NIGC ilə 5 il müddətinə gündəlik 50 milyon kubmetrədək qaz tədarükünə dair müqavilə imzalayıb”, – INA agentliyi bildirib.

Qurum əlavə edib ki, saziş istehsal müəssisələrinin iş tempini saxlamaq və elektrik enerjisinə olan tələbatı ödəmək məqsədi daşıyır.
İraq gündəlik 50 milyon kubmetrə qədər təbii qaz idxal edərək elektrik enerjisi və elektrik stansiyaları üçün yanacaq baxımından İrandan əhəmiyyətli dərəcədə asılıdır.
 
Tehran daxili tələbatı ödənilməsi və Bağdadın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən vaxtaşırı ixracı azaldır və ya dayandırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb