Eks-nazir İ.Əliyevdən Ərbildə səfirlik açılmasını xahiş edib. Onun sözlərinə görə, səfirlik açılması İraq türkmanları ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirə bilər:
"Biz Azərbaycana getmək üçün çətinlik çəkirik. Viza almaq problemi yaranır. İraq Kürdüstanında 27-28 ölkənin səfirliyi var. Rusiyanın, Türkiyənin səfirlikləri fəaliyyət göstərir. İraqın Azərbaycanda səfiri var. Amma Azərbaycanın burada yoxdur”.
C.Nəccar qeyd edib ki, iş adamları Ərbildə biznes qura bilər:
"Biz cənab Prezident İlham Əliyevdən rica edirik ki, bu məsələyə baxsın. Hörmətli millət vəkili Qənirə Paşayeva da bu məsələni qaldırmışdı. Səfirlik olsa, gedib-gəlmək, ünsiyyət qurmaq imkanlarımız daha da genişlənə bilər. İş adamlarınız burada gəlib iş qura bilərlər, türkmanların problemləri daha çox qabardılar”.
Yada salaq ki, Azərbaycanda nəşr olunan "Diplomat” qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleyman da prezidentə və Xarici İşlər Nazirliyinə müraciət edib. O, prezidentin səfirlik açılması haqda sərəncamı olduğunu və icra edilmədiyini nazirliyin diqqətinə çatdırıb. XİN-dən isə bildirilib ki, İraqda qeyri-sabit vəziyyətin olması, terrorun mövcudluğu səfirlik açılması işini gecikdirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !