​İraq neft hasilatını artıracaq

17:15 | 21.01.2016
​İraq neft hasilatını artıracaq

​İraq neft hasilatını artıracaq

 "İrana qarşı tətbiq edilən sanksiyanın götürülməsinə baxmayaraq, İraqın neft şirkətləri hasilatı rekord həddə çatdırıblar".

"Report" xəbər verir ki, bunu İraqın neft naziri Adel Abdel Mehdi "Reuters"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İraq gündəlik neft hasilatını 3,6 milyon bareldən 4 milyon barelədək artırmağı planlaşdırır. O, bir barel İraq neftinin hasilat dəyərinin 10 dollar olduğunu söyləyib.

Nazir deyib ki, Çinlə imzalanan neft müqaviləsi 2016-cı ilin sonunda başa çatır.

Adel Abdel Mehdi vurğulayıb ki, Neft İxrac edən Dövlətlərin Təşkilatına (OPEK) üzv ölkələrin neftin normal qiymətinin təmin edilməsi üçün hasilatı azaltmaqla bağlı razılığa gəlməyi vacibdir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti