Əməliyyat nəticəsində 11 İŞİD üzvü öldürülüb
İraqda kürdlərin dəstəklədiyi ordu qüvvələri Mosul bəndini İŞİD-dən azad edib.
ANS PRESS-in məlumatına görə, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ordu, kürdlər, ABŞ və İraq hərbi hava qüvvələrinin birgə həyata keçirdiyi hücum nəticəsində Mosul bəndinə nəzarət tamamilə ələ alınıb.
Məlumata görə, İŞİD-in qurduğu 170 tələ ordu qüvvələri tərəfindən zərərsizləşdirilib.
Əməliyyat nəticəsində 11 İŞİD üzvü öldürülüb.
Onların arasında 7 nəfər terror təşkilatının idarəçisi olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !