“Çıraq” platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

10:53 | 28.11.2023
“Çıraq” platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

“Çıraq” platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundakı "Çıraq” platformasından ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyi məlumat verib.

Bildirilib ki, istismara veriləndən bu günədək "Çıraq” platformasından 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil edilib.
 
1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” neft yataqlarının və "Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi” imzalanıb. "Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.
 
Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub. 

2021-ci ildə BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının bir hissəsi olan "Çıraq” platformasının fəlaiyyətini dayandırılmışdı. Plana əsasən Çıraq platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM