İraq və Suriyadakı kamikadzelərin 5-i alman vətəndaşı çıxdı - RƏSMİ AÇIQLAMA

18:39 | 01.09.2014
İraq və Suriyadakı kamikadzelərin 5-i alman vətəndaşı çıxdı - RƏSMİ AÇIQLAMA

İraq və Suriyadakı kamikadzelərin 5-i alman vətəndaşı çıxdı - RƏSMİ AÇIQLAMA

Almaniya təhlükəsizlik orqanı İraq və Suriyada kamikedzelik edənlərdən 5 nəfərinin alman vətəndaşı olduğunu bəyan edib.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Almaniya təhlükəsizlik orqanı olan Federal Konstitusiyanı Qoruma Dairəsinin mediaya verdiyi açıqlamaya görə, son aylardan İraq və Suriyada terror törədən kamikadzelərdən azı 5 nəfəri Almaniya vətəndaşı olan müsəlmanlardır. Qurum bundan əlavə 400 nəfərin Almaniyadan döyüş məqsədilə İraq və Suriyaya getdiklərini təsbit etdiklərini bəyan edib."Almaniyanın səsi" radiosuna müsahibə verən milli təhlükəsizlik naziri Hans Georg Maassen bundan əlavə İraq və Suriyaya savaş üçün gedən xeyli adamın olduğunu, amma hazırda onların kimliklərini dəqiqləşdirə bilmədiklərini deyib.Nazir onu da qeyd edib ki, Almaniyadan gedənlərin sosial mediada yaydıqları mesajlardan döyüş zamanı onların necə vəhşiliklər törətdikləri görünür.Masssen İraq və Suriyadan Almaniyaya geri dönənlərin ölkə daxilində iğtişaş yara biləcəkləri ehtimalına da toxunub və buna qarşı hazır olduqlarını bildirib. O, savaş məqsədilə ölkədən çıxanların təxminən 25-nin ölkəyə geri döndüklərini deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti