İraq Silahlı Qüvvələri ölkənin qərbində Ənbər vilayətində İŞİD terror qruplaşmasının 16 üzvünü məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Al Sumaria telekanalı federal polis rəisinin bəyanatına istinadən xəbər verir.
Məlumata əsasən, Ər-Ramadi şəhərinin şərqində, Əl-Bumrad rayonunda, terrorçuların mövqelərinə endirilən artilleriya zərbələri zamanı 16 terrorçu öldürülüb, daha 6 yaralanıb.
Öldürülənlərdən dördü İŞİD terror qruplaşmasında rəhbər vəzifə tuturdular
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !