İraqda 3 günlük matəm elan olundu

20:35 | 03.02.2024
İraqda 3 günlük matəm elan olundu

İraqda 3 günlük matəm elan olundu

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.  

Bununla bağlı TASS məlumat yayıb.

İraqın Baş naziri Məhəmməd əl-Sudani bununla bağlı qərar imzalayıb:
"Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”.

Bombardman nəticəsində 16 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM