İraqda üçmərtəbəli bina çöküb, ölənlər var

20:00 | 05.02.2023
İraqda üçmərtəbəli bina çöküb, ölənlər var

İraqda üçmərtəbəli bina çöküb, ölənlər var

İraqın Bəsrə əyalətində üçmərtəbəli binanın çökməsi nəticəsində azı iki nəfər həlak olub.

Bu barədə "Shafaq News” portalı yerli təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə əyalətin qərbində yerləşən kənddə baş verib. Xilasedicilər çökməyə əsas səbəb kimi binanın birinci mərtəbəsində baş verən yanğını göstəriblər.

Təhlükəsizlik xidmətləri yalnız yanğın lokallaşdırıldıqdan sonra ölənlərin cəsədlərini aşkarlaya bilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM