İraqın artıq İŞİD-lə mübarizə aparmağa gücü çatmır

13:00 | 15.09.2015
İraqın artıq İŞİD-lə mübarizə aparmağa gücü çatmır

İraqın artıq İŞİD-lə mübarizə aparmağa gücü çatmır

İŞİD-lə mübarizə prosesində mühüm yer tutan İraq dövlətindən təəccüb dolu açıqlama gəlib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraq prezidenti Heydər əl-İbadi dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə ölkənin vəziyyətinin pisləşdiyini bildirib. O, bu səbəbdən İŞİD-lə mübarizə aparmaq üçün orduya lazımi qədər silah ala bilməyəcəkləri fikrini önə sürüb.

İŞİD-lə mübarizə haqqında danışan əl-İbadi "Dövlət xam neft istehsalının günlük 8 milyon barel olacağını və neftin qiymətinin də qalxacağını proqnozlaşdırmışdı. Amma belə olmadı. İslahatların olması üçün fəaliyyət göstərdiyimiz, maliyyə və iqtisadi çətinliklər yaşadığımız bir vaxtda eyni zamanda İŞİD-lə də mübarizə aparırıq" - deyə qeyd edib.

Prezident belə bir vaxtda İŞİD-lə mübarizə aparmaq üçün yetəri qədər iqtisadi güclərini itirdiklərini, Silahlı Qüvvələri, Haçdi Şabi milislərini hərbi texnika və silah-sursatla təmin edə bilmədiklərini vurğulayıb. 

Hazırda dövlət xərclərinə nəzarəti ələ alsalar da hazrıda neftdən gələn gəlirlərin heç maaşları ödəməyə yetmədiyini deyən əl-İbadi bu problemdən çıxış yolları axtardıqlarını deyib. İbadi bundan sonra neft qiymətləri artsa belə dövlət büdcəsinin əsas hissəsini islahatlara sərf edəcəklərini dilə gətirib. 

Prezident əl-İbadi avqustun 16-dan başlayaraq ölkədə "korrupsiya ilə mübarizə və islahat" adı altında inkişaf proqramını təsdiq etmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti