İraqlıların İrana girişi qadağan edildi

16:48 | 07.10.2019
İran hökuməti İraqda baş verən kütləvi aksiyalar səbəbindən İraq vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Anews.az "Haber7”yə istinadən xəbər verir ki, qadağa 24 oktyabrdan etibarən 2 ay müddətinə qüvvədə olacaq.

Bu addımın təhlükəsizliyi qorumaq məqsədilə atıldığı bildirilir.


Xatırladaq ki, ötən həftə İran İraqla sərhəddə 2 keçid məntəqəsini bağlamış və sonra açmışdı.

Qeyd edək ki, İraqda baş verən iğtişaşlarda 120 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.
www.anews.az
loading...

Xəbər lenti