BMT-nin Baş Assembleyasının iclaslarına qatılan İraqın baş naziri Heydər əl-İbadi Nyu Yorkda İŞİD-lə bağlı açıqlamalar verib. O, ABŞ və Fransada terror aktlarının həyata keçiriləcəyini deyib. ANN.Az xəbər verir ki, İbadi qeyd edib ki, İŞİD-ə qarşı hərbi hücumlar keçirən ABŞ və Fransa metrostansiyalarında terror aktları planlaşdırılır. Baş nazir bu xəbərin etibarlı kəşfiyyat qurumlarının əldə etdiyini bildirib.Baş nazir terror aktları ilə bağlı bir çox detallara - nə vaxt yerinə yetiriləcək, kimlər həyata keçirəcək və s. informasiyaların əldə edilməsi səbəbilə bunun ciddiyə alınmasını istəyib.Amma Ağ Ev Beynəlxalq Təhlükəsizlik Agentliyinin (NSA) sözçüsü Caitlin Hayden belə bir terror aktının keçirilməsinə cəhdlə bağlı planın təyin edilmədiyini bildirib. Eyni zamanda o, bu kimi xəbərləri diqqətə aldıqlarını və dəqiqləşmələr apardıqlarını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !