Ermənistanla Azərbaycanın təmas xəttində baş verən gərginlikdən sonra İrəvan ehtiyatda olan komandirlərin toplantısını aktivləşdirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Joxovurd” qəzeti yayıb.
Qəzet rayon hərbi komissarlıqlarına artıq çağırış vərəqəsi göndərdiklərini bildirib. Toplantıda iştirak edənlərin qidalanması üçün Müdafiə Nazirliyinin 3.000.000 dram (cəmi: 5 min 762 manat 47 qəpik) ayrıldığı deyilib.
Bu pula 600 adamın yeməklə təmin ediləcəyi söylənilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !